Sabah DGK rəhbərliyinin mətbuat konfransı keçiriləcək

Sabah DGK rəhbərliyinin mətbuat konfransı keçiriləcək
# 28 yanvar 2016 08:32 (UTC +04:00)

Bakı - APA-Economics. Yanvarın 29-u saat 11:00-da Ümumdünya Gömrük Təşkilatının Avropa Regional Ofisində Dövlət Gömrük Komitəsi (DGK) rəhbərliyinin iştirakı ilə “2015-ci ilin yekunları və qarşıda duran vəzifələr” mövzusunda mətbuat konfransı keçiriləcək.

Komitənin Mətbuat Xidmətindən "APA-Economics"ə verilən məlumata görə, mətbuat konfransında iştirak etmək istəyən kütləvi informasiya vasitələrinin nümayəndələrindən yanvarın 28-i saat 14:00-dək DGK (əlaqələndirici şəxs - Hacıyeva Züleyxa, əlaqə telefonu: (012) 404-22-00: daxili 01-32) ilə əlaqə saxlayıb qeydiyyatdan keçmələri xahiş olunur və yalnız qeydiyyatdan keçən jurnalistlərin mətbuat konfransında iştirakı təmin olunacaq.

Mətbuat konfransında iştirak etmək istəyən jurnalistlərdən saat 10:45-də girişdə qeydiyyatdan keçmələri, şəxsiyyəti təsdiq edən sənədi və ya təmsil etdikləri media qurumu tərəfindən verilən jurnalist vəsiqəsini mütləq surətdə təqdim etmələri xahiş olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR