Türkiyə səfiri: “Azərbaycanlı turistlərin sayında artım gözlənilir”

Türkiyə səfiri: “Azərbaycanlı turistlərin sayında artım gözlənilir”
# 12 avqust 2016 10:15 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. "Qarşıdakı dövrdə Azərbaycandan Türkiyəyə gedən turistlərin sayında artım gözlənilir".

APA-nın məlumatına görə, bunu Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşkun deyib.

O qeyd edib ki, hazırda Azərbaycandan Türkiyənin müxtəlif şəhərlərinə, o cümlədən Antalya şəhərinə səfər edən turistlərin sayında artım var: "Türkiyədə həyat artıq çoxdan normallaşıb. Türkiyə və Azərbaycanın son illərdə birgə həyata keçirdiyi işlərə nəzər yetirsək, görərik ki, biz daha da doğmalaşırıq, əməkdaşlığımız inkişaf edir. Eyni zamanda hazırda iki qardaş ölkə olaraq biz digər xarici ölkələrin - Gürcüstan, İran və Türkmənistanın iştirakı ilə gözəl layihələr həyata keçiririk. Rusiya, İran, Azərbaycan və Türkiyənin regional iş birliyini müsbət qiymətləndiririk".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR