Kerri: “Görüş məhsuldar və konstruktiv keçib”

Kerri: “Görüş məhsuldar və konstruktiv keçib”
# 26 avqust 2016 22:46 (UTC +04:00)

Bakı-APA. “Sergey Lavrovla görüşümüz məhsuldar və konstruktiv keçib”.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ dövlət katibi Con Kerri Rusiya xarici işlər naziri Sergey Lavrovla keçirdiyi mətbuat konfransında bəyan edib.

“Suriyada atəşkəs rejiminin pozulması adi hal alıb. Atəşkəs rejiminə yalnız kağızda əməl olunur. Odur ki, razılaşmaya yenidən baxılmalıdır”, deyə C.Kerri bildirib.

Onun sözlərinə görə, danışıqlarda diqqət mərkəzində Suriya böhranı olsa da, digər məsələlərə, o cümlədən Ukraynadakı vəziyyətə də toxunulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR