ABŞ-da güclü qar nəticəsində ölənlərin sayı 41-ə çatıb - YENİLƏNİB

ABŞ-da güclü qar nəticəsində ölənlərin sayı 41-ə çatıb - <span style="color: red;">YENİLƏNİB
# 26 yanvar 2016 02:53 (UTC +04:00)

Bakı-APA. ABŞ-da güclü qar nəticəsində ölənlərin sayı 41 nəfərə çatıb.

APA-nın Associated Press agentliyinə istinadən verdiyi məlumata görə, buna səbəb yol-nəqliyyat hadisələri və dəm qazından zəhərlənmə faktları olub.

Ölüm halları Delaver, Kentukki, Merilend, Nyu-Cersi, Nyu-York, Şimali və Cənubi Karolina, Ohayo, Pensilvaniya, Tennessi, Virciniya ştatlarında və paytaxt Vaşinqtonda qeydə alınıb.

***

00:23

Bakı-APA. ABŞ-da tüğyan edən qar çovğunu nəticəsində ölənlərin sayı 36 nəfərə çatıb.

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, Vaşinqtonda bütün dövlət müəssisələri və məktəblər bağlanıb.

ABŞ Dövlət Departamentinin gündəlik brifinqi ləğv edilib. ABŞ-ın şərqində bir çox dəmiryol və təyyarə reysləri təxirə salınıb, Vaşinqtonda və Baltimorda 1 150 aviareys təxirə salınıb və yaxud ləğv edilib. Bir sıra ərazilərdə qar örtüyünün hündürlüyü 91 sm çatıb.

Ümumilikdə qeyri-sabit hava şəraiti 85 milyon insana zərər vurub, 300 min nəfər elektrik enerjisiz qalıb. Mütəxəssislərin hesablamalarına görə, qar çovğunundan dəyən ziyan 1 milyard dollar təşkil edə bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR