“Azercell” internet istifadəsini rahatlaşdırıb

“Azercell” internet istifadəsini rahatlaşdırıb
# 09 avqust 2016 15:11 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. “Azercell Telekom” abunəçilərin sürətli və sərfəli mobil internetə artan tələbatını nəzərə alaraq bu xidmətdən yeni rahat istifadə imkanı yaradıb.

“Azərcell Telekom” MMC-dən “APA-Economics”ə verilən məlumata görə, bu dəfə şirkət tərəfindən təqdim olunan yeni xidmət sayəsində abunəçilərimiz üçün internet paketlərindən istifadə daha da rahatlaşıb. Belə ki, internet paketi bitən zaman abunəçi istifadəni davam etdirmək üçün xüsusi keçid səhifəsinə yönləndiriləcək. Bu səhifəyə keçiddən sonra isə abunəçi bir düymə ilə 3 seçim imkanından birindən faydalana biləcək: Mövcud internet paketini yeniləmək, daha yüksək həcmli internet paketi sifariş etmək və ya internetdən paketsiz istifadə etmək (1MB=0.05AZN tarifi ilə).

Bu xidmətin ən əsas üstünlüyü isə ondan ibarətdir ki, internet paketi sifariş etmək üçün SMS göndərməyə və ya telefonun ekranında xüsusi kod yığmağa ehtiyac qalmır. Abunəçi internet paketi bitəndən sonra internet brauzerə daxil olaraq yalnız bir düymə ilə internet paketini aktivləşdirir.

Məlumat üçün bildirək ki, “Azercell” son bir il ərzində mobil internet paketlərində 55%-dək endirimlər edib. Bununla yanaşı, “Azercell” şəbəkəsindən ötürülən məlumatın həcmi əvvəlki illərlə müqayisədə 35% artıb. Hazırda “Azercell”in hər iki abunəçisindən biri fəal mobil internet istifadəçisidir və əvvəlki illərlə müqayisədə iki dəfə çox Mobil İnternet istifadə edir. Şirkət yalnız Azərbaycan deyil, bütün regionda ilk dəfə olaraq 4G texnologiyasını müştərilərin kommersiya istifadəsinə təqdim etməklə ölkədə mobil internetdən istifadəni daha əlverişli etdi.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR