Bakıda 35 yaşlı kişi özünü öldürüb

Bakıda 35 yaşlı kişi özünü öldürüb
# 26 yanvar 2016 13:35 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda intihar hadisəsi baş verib.

Xəzər Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Binə qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 35 yaşlı Tofiq Qulam oğlu Qulamov yaşadığı evdə aseton içərək özünü öldürüb.

İntiharın səbəbləri hələlik məlum deyil.

Faktla bağlı Xəzər Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR