Rusiyanın Müdafiə Nazirliyi Türkiyənin hava məkanının pozulmasına dair məlumatı təkzib edib

Rusiyanın Müdafiə Nazirliyi Türkiyənin hava məkanının pozulmasına dair məlumatı təkzib edib
# 30 yanvar 2016 20:38 (UTC +04:00)

Bakı-APA. Rusiyanın Müdafiə Nazirliyi “SU-34” təyyarəsinin Türkiyənin hava məkanını pozmasına dair məlumatı təkzib edib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib.

“Suriyadakı Rusiyaya məxsus təyyarələrin heç biri Türkiyənin hava məkanını pozmayıb. Türkiyə tərəfinin ölkənin hava məkanının guya “SU-34” təyyarəsi tərəfindən pozması barədə bəyanatı təbliğatdan başqa bir şey deyil”, deyə Konaşenkov bildirib.

Qeyd edək ki, Türkiyə XİN-i Rusiyaya məxsus “SU-34” qırıcı təyyarəsinin Türkiyə hava məkanını pozduğunu bəyan edib. İnsidentlə əlaqədar Rusiyanın Ankaradakı səfiri Türkiyə XİN-nə çağırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR