Bakı. Hafiz Heydərov – APA. Xaçmazda ağacdan yıxılan qadın ölüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yunun 17-də Xaçmaz rayonunun Qoçaqlı kəndində yaşayan Xalidə Süleymanova həyətində gilas yığarkən ağacdan yıxılıb. Xəstəxanaya yerləşdirilmiş X.Süleymanova iyunun 22-də orada ölüb.