Gəncədə avtomobil ağaca çırpılıb, 24 yaşlı sürücü xəsarət alıb

Gəncədə avtomobil ağaca çırpılıb, 24 yaşlı sürücü xəsarət alıb
# 24 may 2016 06:59 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Gəncədə sürücünün xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, 1-ci mikrorayonu ərazisində şəhər sakini, 1992-ci il təvəllüdlü Heydər Hüseynov idarə etdiyi “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq, yolun kənarındakı ağaca çırpılıb. Müxtəlif bədən xəsarətləri alan sürücü Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Vəziyyətinin normal olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR