İspaniyada iki nəfər seçki məntəqəsində həyatını itirib

İspaniyada iki nəfər seçki məntəqəsində həyatını itirib
# 26 iyun 2016 16:22 (UTC +04:00)

Bakı-APA. Bu gün İspaniya parlamentinə keçirilən növbədənkənar seçkilər zamanı seçki məntəqələrində 2 yaşlı seçici həyatını itirib.

APA-nın “La Sexta” telekanalına istinadən verdiyi məlumata görə, 92-yaşlı kişi Madriddə kollecdə səs verdikdən sonra infarkt keçirib.

Həkimlər onun həyatını xidas edə bilməyiblər. Kataloniyada Jirona əyalətində də seçki məntəqəsində 79 yaşlı şəxs ürək tutmasından həyatını itirib. Səsvermənin gedişində başqa insident qeydə alınmayıb. Yerli vaxtla saat 14.00-a (Bakı vaxtı ilə saat 16.00) qədər seçici fəallığı 37 faiz olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR