Şimon Peres dəfn edilib - YENİLƏNİB

Şimon Peres dəfn edilib - <span style="color: red;">YENİLƏNİB
# 30 sentyabr 2016 17:02 (UTC +04:00)

Bakı-APA. İsrailin sabiq prezidenti Şimon Peres dəfn edilib.

APA-nın məlumatına görə, Ş. Peres Yerusəlimdə Baş Milli Qəbiristanlıqda torpağa tapşırılıb.

*** 14.38

Bakı-APA. Qüds şəhərində İsrailin sabiq prezidenti Şimon Pereslə vida mərasimi keçirilir.

APA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, mərasimə minlərlə insan qatılıb. Mərasimdə 20 ölkəni dövlət və hökumət başçısı, 15 ölkəni xarici işlər naziri təmsil edir. Onlarla sabiq dövlət başçısı da dəfndə iştirak edir. Mərasimə qatılanlar arasında ABŞ prezidenti Barak Obama, Fransa prezidenti Fransua Olland, Uels şahzadəsi Çarlz, Fələstin rəhbəri Mahmud Abbas, sabiq prezidentlər Bill Klinton, Nikola Sarkozi və digərləri var. Ümumilikdə, xaricdən dəfnə 3 min nəfər qatılıb.

Azərbaycandan baş nazirin müavini Elçin Əfəndiyevin rəhbərliyi ilə nümayəndə heyəti mərasimdə iştirak etmək üçün İsrailə gedib.

Mərasimdə təhlükəsizlik qüvvələrinin 7 min əməkdaşı xidmət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR