Tərbiyə müəssisəsində “İslamda əxlaq prinsipləri” mövzusuna həsr olunmuş maarifləndirici tədbir keçirilib

Tərbiyə müəssisəsində  “İslamda əxlaq prinsipləri” mövzusuna həsr olunmuş maarifləndirici tədbir keçirilib
# 19 sentyabr 2015 08:55 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Tərbiyə müəssisəsində “İslamda əxlaq prinsipləri” mövzusuna həsr olunmuş maarifləndirici tədbir keçirilib.

Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə hazırlanan tədbirlər planına əsasən keçirilən seminarda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Mahir Qəniyev, Milli Elmlər Akademiyasının fəlsəfə doktoru Elsevər Səmədov və ədliyyə baş leytenantı Ləman Orucova iştirak ediblər.


Tədbirin sonunda məhkumlara qonaqlar tərəfindən dini ədəbiyyatlar hədiyyə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR