Yaqub Zurufçu Almaniyada keçiriləcək konserti haqqında yazılanlara münasibət bildirib

Yaqub Zurufçu Almaniyada keçiriləcək konserti haqqında yazılanlara münasibət bildirib
# 30 mart 2016 11:35 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. “İcazə verin, konsertimizi verək, oradan çəkilmiş videolara baxın, sonra istəsəniz, tənqid edin. Konsertimizin “Persian Consert" adı ilə reklam olunması, sadəcə, həmin təşkilatçı şirkətin adıdır. Bu şirkət Almaniyada böyük konsertlərin təşkilatçısıdır. Bu link (www.pc.posttick.com) vasitəsi ilə şirkət haqqında məlumat almaq olar”.

Bunu APA-ya əməkdar artist Yaqub Zurufçu deyib. Onun sözlərinə görə, Almaniyanın 3 şəhərində - aprelin 15-də Hamburq, 16-da Köln, 17-də isə Frankfurtda konsert proqramları nəzərdə tutulub. Konsertlərdə Azərbaycanın məşhur sənətçiləri də çıxış edəcəklər: “Yalanlardan biri də budur ki, guya qoşanağara ifaçısı, xalq artisti Sadıq Zərbəliyev də bizim konsertlərdə iştirak edəcək. Sadıq Zərbəliyevin bu proyektdə heç adı olmayıb. Mən xalq artistləri Ramiz Quliyev və Aftandil İsrafilovla səhnəyə çıxacağam. Hər konsertdən əvvəl səhnəyə özüm nəzarət edirəm, orda əlavə bir reklam görsəm, dərhal çıxardaram. Çünki konsert mənimdir, Azərbaycan konsertidir”.

Qeyd edək ki, mətbuatda Y. Zurufçunun Almaniyada keçiriləcək konsertlərinin afişalarında “Perisan Concert Proudly Presents” sözlərinin yazılması tənqidlərə səbəb olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR