Xalq artisti Musa Mirzəyev dünyasını dəyişib

Xalq artisti Musa Mirzəyev dünyasını dəyişib
# 29 yanvar 2016 11:59 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Xalq artisti Musa Mirzəyev vəfat edib. APA-nın məlumatına görə, M. Mirzəyev bu gün evində dünyasını dəyişib.

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, M. Mirzəyev bu gün II Fəxri Xiyabanda dəfn olunacaq.

82 yaşlı bəstəkar mikro insult diaqnozu ilə müalicə olunurdu.

Qeyd edək ki, M. Mirzəyev 1933-cü ildə Bakıda anadan olub. O, kamera orkestri üçün “Polifonik simfoniya”, skripka və piano üçün “Romantik poema”, piano üçün “Qəmli melodiya”, piano üçün "Konsert-rondo" və başqa əsərlərin müəllifidir.

Bəstəkar Azərbaycan xalq artisti fəxri adına, “Şöhrət” ordeninə layiq görülüb və prezident təqaüdçüsü olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR