Gədəbəydə 38 yaşlı qadın döyülüb

Gədəbəydə 38 yaşlı qadın döyülüb
# 03 noyabr 2015 07:29 (UTC +04:00)

Gədəbəy. Azər Məmmədli – APA. Gədəbəy rayonunda qadın döyülüb. APA-nın qərb bürosunun verdiyi məlumata görə, Gədəbəy rayon Əmiraslanlı kənd sakini, 1977-ci il təvəllüdlü Nəzakət Məmmədova, kəllə-beyin travması və bədənin müxtəlif hissələrinin əzilməsi xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin orta-ağır olduğu bildirilir. N. Məmmədovanın bildirdiyinə görə, o yaşadığı kənddə qonşularının uşaqları tərəfindən döyülüb. Onun bağına girərək meyvə yığan uşaqlara iradını bildirən qadın onlar tərəfindən döyüldüyünü deyib.

Gədəbəy rayon Polis Şöbəsindən verilən məlumata görə, N. Məmmədova qonşusu və qohumu olan Zülfüqar Məmmədovun övladları tərəfindən döyüldüyünü açıqlayıb. Lakın qarşı tərəf bunu rədd edir.

Faktla bağlı Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR