Müdafiə Nazirliyi: "Ermənilərin komanda-qərargah məntəqəsi dağıdılıb, polkovnik və general rütbəli zabitləri məhv edilib"

Müdafiə Nazirliyi: "Ermənilərin komanda-qərargah məntəqəsi dağıdılıb, polkovnik və general rütbəli zabitləri məhv edilib"
# 04 aprel 2016 10:21 (UTC +04:00)

Bakı - APA. Azərbaycan Müdafiə Nazirliyi cəbhədə baş verənlərə dair növbəti məlumat yayıb.


APA-nın xəbərinə görə, açıqlamada bildirilir ki, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdə fəaliyyət göstərən komanda-qərargah məntəqəsi dəqiq cavab atəşi ilə darmadağın edilib: "Düşmənin çoxlu sayda hərbi qulluqçusu - polkovnik və general rütbəli zabitləri də zərbə nəticəsində məhv edilib. Müdafiə Nazirliyi bildirir ki, həyata keçirilən əməliyyatla bağlı video görüntülər ictimaiyyətə təqdim olunacaq".

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR