Dilçilik İnstitutu: Azərbaycan dilinin tələblərini pozanlara qarşı inzibati cəza tədbirləri görülməlidir

Dilçilik İnstitutu: Azərbaycan dilinin tələblərini pozanlara qarşı inzibati cəza tədbirləri görülməlidir
# 25 may 2016 13:56 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Azərbaycan dilinin etimoloji lüğətinin hazırlanması istiqamətində elmi-tədqiqat işlərinin aparılması nəzərdə tutulur.

APA-nın xəbərinə görə, Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin iclasında AMEA Dilçilik İnstitutunun direktor əvəzi Möhsün Nağısoylu deyib ki, dilin etimoloji lüğətin hazırlanması dilin tarixinin, onun əski dil əlaqələrinin öyrənilməsi üçün lazımdır.

Onun sözlərinə görə, bu baxımdan dilin etimoloji lüğətin hazırlanması həm də strateji baxımdan əhəmiyyətlidir. “Bir sıra türkdilli xalqlarda belə lüğət olsa da, Azərbaycan dilinin etimoloji lüğəti yoxdur”, - deyə o vurğulayıb.

M. Nağısoylu qeyd edib ki, bundan əlavə Azərbaycan dilinin orfoqrafiya lüğəti və Azərbaycan dilinin yeni izahlı lüğətinin hazırlanması istiqamətində işlər gedir. O qeyd əlavə edib ki, 2020-ci ilədək Azərbaycan dilinin yeni izahlı lüğətinin hazırlanması nəzərdə tutulur: "Bununla yanaşı, Azərbaycan dilinin yeni, təkmilləşdirilmiş elmi qrammatikasının hazırlanması qarşıya qoyulan məqsədlərdəndir. Azərbaycan dilinin elmi qrammatikası sonuncu dəfə 1981-ci ildə hazırlanıb. Ona görə də türk dilləri üzrə ortaq qrammatikanın da hazırlanması vacibdir”.


M. Nağısoylu Azərbaycan dilinin tələblərini pozanlara qarşı inzibati qaydada cəza tədbirlərin görülməsi məqsədəuyğun hesab edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR