ABŞ-ın 50-ə yaxın iri şirkəti ofşor zonalarda 1,3 trilyon dollar gizlədir

ABŞ-ın 50-ə yaxın iri şirkəti ofşor zonalarda 1,3 trilyon dollar gizlədir
# 15 aprel 2016 07:56 (UTC +04:00)

Bakı - APA-Economics. ABŞ-ın 50-ə yaxın iri şirkəti xarici ofşor zonalarda 1,3 trilyon dollara yaxın pul gizlədir. "APA-Economics" xəbər verir ki, belə bir məlumat "Oxfam" təşkilatının "Broken at the Top" adlı araşdırmasında yer alıb.

Araşdırma nəticəsində məlum olub ki, "Pfizer", "Goldman Sachs", "Dow Chemical", "Chevron", "Wallmart", IBM и "Procter and Gamble" kimi dünya brendləri ofşor zonalarda 1 600-ə yaxın törəmə şirkətlər yaradıb və dolayı yolla vergilərdən yayınıb.

"Bu üsula əl atmaqla transmilli holdinqlər 240 milyard dollar həcmində vergidən yayınır", - deyə məlumatda qeyd edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR