Hakan Şükür və atasının 200 milyon lirəlik əmlakına həbs qoyulub - YENİLƏNİB

Hakan Şükür və atasının 200 milyon lirəlik əmlakına həbs qoyulub - <span style="color: red;">YENİLƏNİB
# 12 avqust 2016 12:32 (UTC +04:00)

Bakı - APA. Sakarya Baş Prokurorluğu Türkiyə yığması və “Qalatasaray” klubunun keçmiş futbolçusu Hakan Şükür və atası Sermet Şükürun mal və mülklərinin müsadirə edilməsi barədə qərar verib.

APA-nın Türkiyənin “Vatan” qəzetinə istinadən verdiyi məlumata görə, Fətullahçı Terror Təşkilatı (FETO) ilə bağlı aparılan istintaq çərçivəsində prokurorluq H. Şükür və atasının FETO-ya maliyyə dəstəyi verməsi barədə faktların əldə edilməsi ilə əlaqədar belə bir qərar qəbul edib.

H. Şükür və atasının daşınmaz əmlakı, avtomobilləri, bank və digər maliyyə qurumlarında hesablarındakı pulları, qiymətli əşyaları, şirkətlərdəki ortaq payları müsadirə ediləcək. Şükürlərin əmlakları ümumilikdə 200 milyon türk lirəsi həcmində qiymətləndirilir.

Qeyd edək ki, Sakarya Baş Prokurorluğu dünən H. Şükür və S. Şükürün saxlanılması barədə qərar qəbul edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR