FHN-nin əməkdaşı “Glory World Series”də qələbə qazanıb

FHN-nin əməkdaşı “Glory World Series”də qələbə qazanıb
# 05 dekabr 2015 13:16 (UTC +04:00)

Bakı-APA. Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) əməkdaşı, Azərbaycanlı kikboksçu Pərviz Abdullayev 41-ci dəfə qalib olub.

APA-nın xəbərinə görə, idmançı Amsterdam şəhərində kikboksinq üzrə keçirilən “Glory World Series” adlı böyük peşəkar yarışa qatılıb. 5 qat dünya çempionu Pərviz Abdullayev FHN-nin İdman Sağlamlıq Klubunun rəisi, polkovnik Füzuli Musayevin rəhbərliyi altında Azərbaycanı ilk dəfə olaraq yarışda təmsil edib. P.Abdullayev rəqibi mərakeşli Aziz Kallahı məğlub edərək tam üstünlüklə qələbə qazanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR