İŞİD işğal etdiyi ərazilərin 22%-nə nəzarəti itirib, gəlirlərin 40%-dən məhrum olub

İŞİD işğal etdiyi ərazilərin 22%-nə nəzarəti itirib, gəlirlərin 40%-dən məhrum olub
# 16 mart 2016 07:22 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. İŞİD terror qruplaşması son 14 ay ərzində Suriya və İraqda işğal etdiyi ərazilərin təxminən 22%-dən çox hissəsinə nəzarəti itirib.

APA-nın məlumatına görə, bu barədə IHS analitik agentliyinin hesabatında deyilir.

Hesabatda bildirilir ki, İŞİD bu müddət ərzində gəlirlərinin 40%-dən də məhrum olunub.

Analitiklər bunu terrorçuların Suriya-Türkiyə sərhədlərinə nəzarəti əldən verməsi ilə əlaqələndiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR