Moskva. Fərid Əkbərov - APA. "Donbas hakimiyyəti beynəlxalq qüvvələrin regiona yerləşdirilməsi təklifinə heç vaxt razı olmayacaq".
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
Onun sözlərin görə, Ukrayna hakimiyyəti tərəfindən Donbasa beynəlxalq qüvvələrin yerləşdirilməsi təklifi Minsk razılaşmasında əksini tapmayıb: "Donbas heç vaxt buna razı olmayacaq. Minsk razılaşmasına uyğun olaraq, nizamlanma ilə bağlı addımların hamısını istisnasız olaraq tərəflərlə razılaşdırmaq lazımdır".