FED ABŞ banklarına likvidlik verməyə hazırdır

FED ABŞ banklarına likvidlik verməyə hazırdır
# 24 iyun 2016 15:39 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Böyük Britaniyanın Avropa İttifaqından çıxmasından sonra ABŞ-ın Federal Ehtiyatlar Sistemi (FED) yerli banklara likvidlik verməyə hazırdır.

"APA-Economics" xəbər verir ki, bu barədə FED-in yaydığı məlumatda deyilir.

Bildirilir ki, tənzimləyici ABŞ iqtisadiyyatına neqativ təsirlərin qarşısını alacaq.

FED-n açıqlamasında həmçinin bildirilir ki, qlobal iqtisadiyyatda baş verən hadisələrə olduqca diqqətlə yanaşılır: "Böyük Britaniyada keçirilən referendumdan sonra FED digər Mərkəzi Banklarla əməkdaşlıq edir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR