"Azəryolservis": Yollarda nəqliyyatın hərəkətində hər hansı problem müşahidə olunmur

"Azəryolservis": Yollarda nəqliyyatın hərəkətində hər hansı problem müşahidə olunmur
# 25 yanvar 2016 08:58 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. "Hal-hazırda Azərbaycanın avtomobil yollarında nəqliyyat vasitələrinin hərəkətində hər-hansı bir problem müşahidə olunmur. Qar yağan ərazilərdə tədbirlər görülür, buz bağlamış sahələrə duz, qum səpilərək hərəkət təmin olunur".

Bu barədə "APA-Economics"ə "Azəryolservis" ASC-nin Mətbuat Katibliyinin rəisi Anar Nəcəfli məlumat verilib.

Məlumatda bildirilir ki, "Azəryolservis" balansında olan yollarda da heç bir problem yoxdur və hərəkət normaldır.

"Texnikalar, maşın-mexanizmlər hazır vəziyyətdədir, kifayət qədər duz-qum ehtiyatı var. Sürücülərimiz də müşahidə olunan qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar hazır olmalıdır. Əgər avtomobil texniki cəhətdən nasazdırsa və sürücü təcrübəsizdirsə nəqliyyat vasitələrindən mümkün qədər istifadə edilməsin. Qarlı-şaxtalı havada yola çıxarkən mütləq şəkildə avtomobillərin şinləri ən azından qış üçün nəzərdə tutulmuş olmalıdır. Əks təqdirdə həmin nəqliyyat vasitələrinin hərəkətində problem yaranacağı qaçılmazdır", - deyə məlumatda bildirilir.

Bundan başqa, vətəndaşlardan yollarda hərəkətlə bağlı yaranan hər-hansı bir problemlə əlaqədar olaraq "Azəryolservis" ASC-nin “qaynar xətt”i olan (012) 599-79-75 nömrəli telefona zəng etmələri xahiş olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR