Azərbaycan XİN rəhbərinin müavini: “Avropa İttifaqı ilə danışıqlar üçün mandat gözləyirik”

Azərbaycan XİN rəhbərinin müavini: “Avropa İttifaqı ilə danışıqlar üçün mandat gözləyirik”
# 16 may 2016 17:37 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova-APA. “Biz Aİ ilə strateji tərəfdaşlıq haqqında saziş üzrə danışıqların başlanması üçün mandatın verilməsini gözləyirik”.

APA-nın məlumatına görə, bunu Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev deyib.

O bildirib ki, qarşı tərəfdə bununla bağlı daxili proses gedir. “Onlar bura gəldilər, fikir mübadiləsi apardıq. Sonra video-konfrans oldu. Daha sonra məktubla müəyyən suallar göndərdilər. Aİ tarixində ilk dəfərdir ki, əməkdaşlıqla bağlı təklif verir. Ona görə bu, zaman tələb edir. Hər tərəfin özünəməxsus sualları var. Düşünürəm ki, yaxın vaxtlarda mandat veriləcək və danışıqlar başlayacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR