Dönərxananın və “Mercedes”in şüşələrini sındıran şəxs tutulub

Dönərxananın və “Mercedes”in şüşələrini sındıran şəxs tutulub
# 27 fevral 2016 09:56 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda xuliqanlıq edən şəxslər saxlanılıb.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, fevralın 24-də Qaradağ rayonunun Ələt qəsəbəsində qəsəbə sakini İlqar Qələmov xuliqanlıq zəminində həmyerliləri Vüqar Paşayevə məxsus dönərxananın və Əhəd Niyazova məxsus “Mercedes” markalı avtomobilin şüşələrini sındırıb.


Qaradağ RPİ 11-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İ.Qələmov tutulub. Onun yüngül dərəcəli sərxoş vəziyyətdə olması müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR