Bu ilin iki ayında Naxçıvan əhalisinə 5,5 mln. manatdan artıq kredit verilib

Bu ilin iki ayında Naxçıvan əhalisinə 5,5 mln. manatdan artıq kredit verilib
# 24 mart 2016 08:05 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. 1 mart 2016-cı il tarixə Naxçıvan Muxtar Respublikası ərazisində fəaliyyət göstərən banklarda açılmış bank hesablarının sayı 53 min 677-yə çatlb ki, bunun da 50 min 540-ı və ya 94,2%-i aktiv hesablardır.

Naxçıvan Mustar Respublikasının Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, cari ilin yanvar-fevral aylarında açılmış 4 min 838 bank hesabının hamısı aktiv hesablar olub.

Muxtar respublikada POS-terminallarının sayı 1 mart 2016-cı il tarixə 1099-a çatdırılıb.

Hesabat dövründə təsərrüfat subyektlərinin kredit resurslarına çıxış imkanları davamlı

olaraq yaxşılaşdırılıb. 2016-cı ilin yanvar-fevral aylarında muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 5 mln. 525,8 min manat məbləğində kreditlər verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR