Neft quyusunda montaj zamanı yanğın olub

Neft quyusunda montaj zamanı yanğın olub
# 10 avqust 2016 13:24 (UTC +04:00)

Bakı - APA. Siyəzən rayonunun Sədan kəndində neft quyusunda montaj işləri aparılan zaman quyunun ətrafına dağılmış neft məhsulları 80 kv/m sahədə və ümumi sahəsi 15 kv/m olan dəmir konstruksiyalardan ibarət köşkün içərisində quraşdırılmış elektrik lövhəsi və elektrik naqilləri yanıb.

APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, buruq və ətrafda olan digər buruqlar yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR