AÇQ-dən çıxarılması planlaşdırılan neftin həcmi açıqlanıb

AÇQ-dən çıxarılması planlaşdırılan neftin həcmi açıqlanıb
# 20 sentyabr 2016 07:14 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. "Əsrin müqaviləsi" çərçivəsində nəhəng karbohidrogen ehtiyatlarına malik "Azəri", "Çıraq" yataqlarının və "Günəşli" yatağının dərinsulu hissəsinin işlənilməsi bu gün də Xəzər dənizinin Azərbaycan sektorunda həyata keçirilən ən böyük neft layihəsidir.

"APA-Economics" xəbər verir ki, bu barədə SOCAR-ın prezidenti Rövnəq Abdullayevin "Azərbaycan" qəzetində dərc olunmuş məqaləsində deyilir.

Onun sözlərinə görə, layihə üzrə indiyə qədər Azərbaycan iqtisadiyyatı üçün müstəsna əhəmiyyətə malik böyük uğurlar qazanılıb, ilk neftin çıxarıldığı vaxtdan ölkədə neft hasilatı böyük həcmdə artaraq, 1997-ci ildəki 9 milyon tondan 2010-cu ildə 50,4 milyon tona çatdırılmış, son illərdə 42-43 milyon ton səviyyəsində stabilləşdirilib: “İndiyədək “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan 407 milyon ton neft, 124,3 milyard kubmetr qaz hasil edilmişdir. Hasilatın Pay Bölgüsü Sazişinin sonunadək yataqlardan 5 milyard barel neftin çıxarılması planlaşdırılır. Layihənin tammiqyaslı işlənməsi çərçivəsində yeni sərmayə qoyuluşları və neftvermə əmsalının artırılması ilə əlavə 4 milyard barel neftin hasil edilməsi imkanı mövcuddur. Artıq 17 ildir ki, AÇG layihəsi mənfəətlə işləyir, layihə iştirakçıları mənfəət neftindən gəlir əldə edirlər. Azərbaycanın payına düşən mənfəət neftinin həcmi ilbəil artır. Bu il Azərbaycanın payına düşən mənfəət neftinin həcmi 60 faizə çatacaq. Bundan başqa, layihə çərçivəsində çıxarılan səmt qazının əvəzsiz olaraq SOCAR-a verilməsi də iqtisadiyyatımız üçün mühüm töhfədir. Yanvar-iyun aylarında AÇG yataqlar blokundan SOCAR-a gündəlik orta hesabla 7,2 milyon kubmetr, ümumilikdə isə 1,31 milyard kubmetr səmt qazı verilmişdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR