Bakı sakinindən 12 kq marixuana götürülüb

Bakı sakinindən 12 kq marixuana götürülüb
# 26 sentyabr 2016 10:47 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən şəxs tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Qaradağ Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Nicat Şərifovdan 12 kiloqram 101,223 qram marixuana götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR