İsmayıllıda ev yanıb, bir nəfər xəsarət alıb - YENİLƏNİB

İsmayıllıda ev yanıb, bir nəfər xəsarət alıb  - <span style="color: red;">YENİLƏNİB
# 30 sentyabr 2016 15:14 (UTC +04:00)

Bakı - APA. Fövqəladə Hallar Nazirliyi İsmayıllı şəhərində baş vermiş yanğın haqqında məlumat yayıb.

Nazirlikdən APA-ya verilən xəbərə görə, məlumatda bildirilir ki, İsmayıllı rayonunda vətəndaşa məxsus, ümumi sahəsi 30 m2 olan birmərtəbəli, 1 otaqlı evin yanar konstruksiyaları, evə bitişik tikilmiş, ümumi sahəsi 70 m2 olan talvarın yanar konstruksiyaları 20 m2 sahədə və bitişik, ümumi sahəsi 180 m2 olan 1 mərtəbəli, 6 otaqlı evin 2 ədəd pəncərəsi qismən qarsalanıb.

Yanğınsöndürənlər hadisə yerinə çatana kimi 1 nəfər yüngül yanıq xəsarətləri alıb və təcili yardım tərəfindən ona ilkin yardım göstərilib.

Evin və talvarın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

***

saat 14.28

İsmayıllı. Elvin Yaqubov - APA. İsmayıllı rayonunda yanğın hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə İsmayıllı şəhərinin Mirzə Fətəli Axundov küçəsində qeydə alınıb. 1971-ci il təvəllüdlü Fərzəliyev Kamil İdris oğluna məxsus ümumi sahəsi 140 kvadratmetr olan evdə baş verən yanğının söndürülməsi üçün əraziyə 3 yanğınsöndürən maşını cəlb olunub.

Hadisə zamanı evin 85 kvadratmetrlik hissəsi əşyalarla birgə yanıb. Evin qalan hissəsi və ətrafdakı tikililər yanğından mühafizə olunub.

Hadisə zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR