Putin: “Britaniya ilə tam formatda münasibətləri bərpa etməyə hazırıq”

Putin: “Britaniya ilə tam formatda münasibətləri bərpa etməyə hazırıq”
# 05 sentyabr 2016 17:35 (UTC +04:00)

Bakı – APA. “Moskva Böyük Britaniya ilə tam formatda münasibətləri bərpa etməyə hazırdır”.

APA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, belə bir bəyanatla Rusiya prezidenti Vladimir Putin G20 sammitinin yekunlarına dair keçirilən brifinqdə çıxış edib.

“Britaniyanın yeni baş naziri yenicə işə başlayır, o, daxili məsələləri həll etməlidir. Britaniya ilə Moskva arasında vaxtilə tam formatlı münasibətlər olub. Biz həmin münasibətlərə qayıtmağa hazırıq”, - deyə o vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR