ETSN-nin “Qaynar xətt”inə 1980 şikayət daxil olub

ETSN-nin “Qaynar xətt”inə 1980 şikayət daxil olub
# 03 avqust 2016 09:11 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) 24 saat fəaliyyət göstərən 168 nömrəli “Qaynar xətt”inə ölkə ərazisində ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın qorunması, ekoloji qanun pozuntuları ilə əlaqədar 2016-cı ilin 6 ayı ərzində 1980 şikayət daxil olub.

ETSN-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, “Qaynar xətt”ə daxil olan şikayətlərdən 1841-i Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılaraq qanuna müvafiq tədbirlər görülüb, digər müraciətlərin araşdırılması isə hazırda davam etdirilir. Şikayətlər əsasən, ağacların kəsilməsi və aşma təhlükəsinin olması, məişət tullantılarının qalaqlanması, səs-küy səviyyəsinin normadan artıq olması, atmosfer havasının çirklənməsi, çirkab suların axıdılması, yerin təkindən istifadə, flora və faunanın mühafizəsi ilə əlaqədar olub: “Altı ayda Ətraf Mühitin Mühafizəsi Departamentinə göndərilmiş 740 şikayət, Dövlət Ekspertiza İdarəsinə göndərilmiş 862 şikayətdən 759-u, Meşələrin İnkişafı Departamentinə göndərilmiş 174 şikayətdən 165-i, Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinə göndərilmiş 43 şikayət, Milli Geoloji Kəşfiyyat Xidmətinə göndərilmiş 114 şikayətdən 95-i, Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinə göndərilmiş 19 şikayətdən 18-i, Milli Hidrometeorologiya Departamentinə göndərilmiş 1 şikayət, "Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu" Açıq Səhmdar Cəmiyyətinə göndərilmiş 9 şikayətdən 6-sı, Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinə göndərilmiş 16 şikayətdən 12-si, Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinə göndərilmiş 2 şikayət üzrə araşdırma başa çatıb və qanuna müvafiq tədbirlər görülüb, qalan şikayətlərin araşdırılması isə hazırda davam etdirilir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR