Dünya bazarında qızıl 7 dollara yaxın bahalaşıb

 Dünya bazarında qızıl 7 dollara yaxın bahalaşıb
# 09 aprel 2016 08:16 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Amerika fond bazarında Dow Jones indeksi 0,20% - 17 576,96 bəndədək, S&P 500 0,28% - 2 047,60 bəndədək, NASDAQ 0,05% - 4 850,69 bəndədək artıb.

APA-Economics” xəbər verir ki, Avropa fond bazarlarında FTSE 100 indeksi 1,10% - 6 204,41 bəndədək, Almaniya DAX-ı 0,96% - 9 622,26 bəndədək, Fransa CAC-40-ı 1,35% - 4 303,12 bəndədək artıb.

COMEX-də sonuncu hərraclarda qızılın unsiyası 6,30 dollar bahalaşaraq 1 243,80 dollara, gümüş isə 0,23 dollar artaraq 15,38 dollara satılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR