Aİ Ukrayna və Gürcüstanla vizasız rejimə dair qərarı 2017-ci ildə qəbul edəcək

Aİ Ukrayna və Gürcüstanla vizasız rejimə dair qərarı 2017-ci ildə qəbul edəcək
# 27 sentyabr 2016 22:29 (UTC +04:00)

Bakı-APA. Avropa İttifaqının Ukrayna və Gürcüstanla vizasız rejiminə dair qərarı 2017-ci ilin yazında qəbul oluna bilər.

APA-nın xəbərinə görə, bu barədə “RİA Novosti” Brüsseldəki diplomatik mənbəyə istinadən məlumat yayıb.

Mənbə qərarın gələn ilin yazından tez qəbul olunmayacağını Aİ-nin bir neçə ölkəsində seçkilərin keçirilməsi ilə əlaqələndirib.

Avropa Parlamentinin ədliyyə və daxili işlər komitəsində məlumatı şərh etməkdən boyun qaçırıblar.

Bundan əvvəl Avropa Parlamentinin Komitəsi Ukrayna ilə vizasız rejimin tətbiq edilməsini dəstəkləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR