Şəkidə ağır yol qəzası baş verib, 3 nəfər xəsarət alıb

Şəkidə ağır yol qəzası baş verib, 3 nəfər xəsarət alıb
# 06 avqust 2016 08:18 (UTC +04:00)

Şəki. Vüqar Heydərov-APA. Şəkidə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Şəki Şəhər-Rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, qəza dünən axşam saat 20:30 radələrində rayonun İbrahimkənd kəndinə gedən yolda qeydə alınıb.

Rayonun Cəfərabad kənd sakini, 1983-cü il təvəllüdlü Umar Oqtay oğlu Rüstəmov idarə etdiyi “Hyundai” markalı 99 KV 429 dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib, nəticədə maşın yolun kənarındakı su kanalına aşıb. Sürücü və onun sərnişinləri - rayonun Cəfərabad kənd sakini, 1995-ci il təvəllüdlü Şöhrət Əmrah oğlu Nurəddinli və rayonun Orta Zəyzid kənd sakini, 1993-cü il təvəllüdlü Həsən Rza oğlu Musayev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıb.

Şəki RMX-dan APA-ya verilən məlumata görə, H. Musayev xəstəxananın reanimasiya, Ş. Nurəddinli isə cərrahiyə şöbəsinə yerləşdirilib. U. Rüstəmovun xəsarətləri yüngül olduğundan ona lazımi tibbi yardım göstərildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb.

Faktla bağlı Şəki ŞRPŞ-də araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR