Lavrov və Kerrinin görüşü dörd saatdan çox davam edib

Lavrov və Kerrinin görüşü dörd saatdan çox davam edib
# 24 mart 2016 14:03 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovla ABŞ dövlət katibi Con Kerri arasında görüş keçirilib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə iki ölkənin xarici siyasət idarələri rəhbərləri arasında keçirilən görüşün 4 saatdan çox davam etdiyini söyləyib.

M. Zaxarova əlavə edib ki, görüşdə ikitərəfli münasibətlər, beynəlxalq gündəmdə olan məsələlər, Ukrayna böhranı, Suriya münaqişəsinin sülh yolu ilə tənzimlənməsi müzakirə olunub.

XİN sözçüsü bildirib ki, C. Kerrinin bu gün Rusiya prezidenti Vladimir Putinlə də görüşücək. Rusiya prezidenti ilə keçirilən görüşdən sonra Sergey Lavrov və Con Kerri birgə mətbuat konfransı keçirəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR