“Azəryol” ukraynalı voleybolçu ilə müqavilə bağlayıb

“Azəryol” ukraynalı voleybolçu ilə müqavilə bağlayıb
# 06 oktyabr 2016 13:30 (UTC +04:00)

Bakı – APA. “Azəryol” daha bir voleybolçusu ilə müqaviləni rəsmiləşdirib. Apasport.az saytının məlumatına görə, Bakı təmsilçisi bu dəfə Yelena Yakimçukla danışıqları müsbət yekunlaşdırıb.

Razılaşmaya əsasən, 25 yaşlı ukraynalı 2016/2017 mövsümündə “Azəryol”un şərəfini qoruyacaq.

Bir qədər öncə Eldar Yusubovu baş məşqçi postuna gətirən komanda Yakimçukdan öncə Yuliya Kərimova, Zinaida Lyubimova, Oksana Kiselyova, Kseniya Pavlenko, Leyla Parşkova, Kristina Yaqubova və Anita Bredislə də müqavilə imzalayıb.

Qeyd edək ki, Yakimçuk 2012/2013 mövsümündə “Lokomotiv-Biləcəri”nin də formasını geyinib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR