Rio-2016: Boksçu Rüfət Hüseynov məğlub olub

<span style="color: red;">Rio-2016:  Boksçu Rüfət Hüseynov məğlub olub
# 06 avqust 2016 22:54 (UTC +04:00)

Bakı-APA. Rio-2016-da bu gün kişi boksçuların yarışlarına start verilib. Apasport.az saytının məlumatına görə, Olimpiadaya tam heyətlə yollanan yığmamızın heyətində ilk gündə Rüfət Hüseynov debüt edib.

49 kq çəki dərəcəsində rinqə çıxan həmyerlimiz ilk döyüşünü Matias Hamunyelaya (Nambiya) qarşı keçirib. Çinin Nanjinq şəhərində keçirilən Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında çempion olan Hüseynov görüşü məğlubiyyətlə başa vurub. O, hər üç raundda rəqibindən zəif olub - 28:29, 28:29, 27:30.

Qeyd edək ki, yığmamız Rioda 10 kişi, 1 qadın boksçu ilə təmsil olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR