Tusk: “Minsk razılaşmaları yerinə yetirilənə qədər Rusiyaya qarşı sanksiyalar qüvvədə qalacaq”

Tusk: “Minsk razılaşmaları yerinə yetirilənə qədər Rusiyaya qarşı sanksiyalar qüvvədə qalacaq”
# 26 may 2016 03:21 (UTC +04:00)

Bakı – APA. “Minsk razılaşmaları yerinə yetirilənə qədər Rusiyaya qarşı sanksiyalar qüvvədə qalacaq”.

APA-nın RİA Novosti agentliiynə istinadən verdiyi məlumata görə, bunu Avropa İttifaqı Şurasının sədri Donald Tusk Yaponiyada “Böyük yeddilik” (G-7) ölkələrinin sammiti ərəfəsində bəyan edib.

“Avropa İttifaqının mövqeyi dəyişməz olaraq qalır. Minsk razılaşmaları tam şəkildə yerinə yetirilənə qədər Rusiyaya qarşı iqtisadi sanksiyalar qüvvədə qalacaq”, deyə D.Tusk vurğulayıb.

Rusiyaya qarşı sanksiyaların müddəti iyulun sonunda bitir. Sanksiyaların uzadılmasına dair qərarın Avropa İttifaqının iyun ayındakı sammitində veriləcəyi gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR