Baş Qərargah: Rusiya bütün Suriya ərazisində vəziyyətə tam nəzarət edir

Baş Qərargah: Rusiya bütün Suriya ərazisində vəziyyətə tam nəzarət edir
# 27 fevral 2016 12:54 (UTC +04:00)

Moskva.Fərid Əkbərov - APA. Suriyada atəşkəs rejiminə riayət olunması istiqamətində məqsədyönlü iş aparmaq üçün Xmeymim hərbi bazasında müharibə aparan tərəflərin barışıq Mərkəzi yaradılıb. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəisi general-leytnant Sergey Rudskoy bu gün keçirdiyi birifinqdə bildirib.

Onun sözlərinə görə, analoji mərkəz ABŞ tərəfindən İordaniyan paytaxtı Əmman şəhərində yaradılıb: "Xmeymim və Əmmandakı mərkəzlər Moskva və Vaşinqton arasında, eləcə də Cenevrə ilə qarşılıqlı fəaliyyət üçün "Qaynar xətt" əlaqəsi təşkil edilib. Bütün əlaqə telefonları və eletron poçt ünvanları 24 fevralda bizim tərəfimizdən ABŞ tərəfinə göndərilib. Suriyada amerikalı həmkarlarımızla informasiya mübadiləsi aparmaq üçün xüsusi xəritə yaradılıb və bu xəritə hərbi-diplomatik kanallarla ABŞ tərəfinə göndərilib. Bu xəritədə münaqişə tərəflərinin barışığı üzrə iş gedən rayonlar, Suriya hökumət qüvvələri, kürdlərin olduğu ərazi, İŞİD, "Ən-nüsra" və digət terrorçu qrupların nəzarətində olan ərazilər göstərilib.

ABŞ nümayəndələrinə silahlı qruplaşmaların siyahısı verilib. Həmin siyahıda 6111 nəfərin atəşkəs rejiminin tətbiqinə qoşulduğu əks olunub. Bundan başqa, həmin siyahıda aviazərbələrin endirilməsinin dayandırıldığı 74 yaşayış məntəqəsi də var. Məsləhətləşmələr zamanı bizə ABŞ tərəfindən hazırlanan analoji xəritə təqdim edilib”.

S. Rudskoy Rusiyanın Suriyada atəşkəs rejiminə riayət olunması ilə bağlı üzərinə götürdüyü məsuliyyəti tam həyata keçirdiyini qeyd edib: "Lakin bu o demək deyil ki, İŞİD və ya "Ən-nüsra" terrorçuları rahat nəfəs ala bilərlər. Biz Bütün Suriya ərazisində vəziyyətə tamamailə nəzarət edirik. Bununla yanaşı gündəlik olaraq pilotsuz uçuş aparatlarımız, komsik və digər növ kəşfiyyatımız fəaliyyətdədir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR