Braziliyalı milyarder ailəsi ilə birlikdə təyyarə qəzası nəticəsində ölüb - YENİLƏNİB

Braziliyalı milyarder ailəsi ilə birlikdə təyyarə qəzası nəticəsində ölüb - <span style="color: red;">YENİLƏNİB
# 20 mart 2016 04:56 (UTC +04:00)

Bakı-APA. Braziliyanın San Paulu şəhərində kiçik mühərrikli təyyarə qəzaya uğrayıb, nəticədə 7 nəfər ölüb.

Məlumata görə, eniş məqsədilə manevr edən pilot idarəetməni itirib, nəticədə təyyarə qaraja çırpılıb. Qəza nəticəsində 4 kişi və 3 qadın ölüb. Qəza nəticəsində yerdə olan bir qadın da yaralanıb.

Məlumata görə, təyyarənin tanınmış braziliyalı milyarder Rocer Aqnelliyə məxsus olduğunu bildirilir. Məlumata görə, “Vale” dağ-mədən korporasiyasının sabiq prezidenti Rocer Aqnelli təyyarədə olub və qəza nəticəsində ölüb. Yerli mətbuatın məlumatına görə, pilot və sahibkardan başqa təyyarədə, həmçinin, onun həyat yoldaşı, oğlu və qızı yoldaşları ilə birlikdə olublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR