Rusiyada sərnişin avtobusu aşıb, xəsarət alanlar var

Rusiyada sərnişin avtobusu aşıb, xəsarət alanlar var
# 04 oktyabr 2016 05:49 (UTC +04:00)

Bakı-APA. Rusiyada sərnişin avtobusunun qəzaya uğraması nəticəsində 5 nəfər xəsarət alıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə Başqırdıstan Respublikasında, Ufa-Orenburq avtomagistralında qeydə alınıb.

Naməlum səbəbdən avtobus idarəetməni itirərək yoldan çıxıb və aşıb. Qəza nəticəsində yaralanan 5 nəfər xəstəxanaya çatdırılıb. Onlardan 2-nin ağır, 3-ün isə yüngül xəsarət aldığı bildirilir. Qəza zamanı avtobusda 12 sərnişin olub.

Hadisənin səbəbləri müəyyənləşdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR