Şəmkirdə ər arvadını bıçaqlayıb

Şəmkirdə ər arvadını bıçaqlayıb
# 06 dekabr 2015 18:34 (UTC +04:00)

Şəmkir. Azər Məmmədli – APA. Şəmkirdə ər arvadını bıçaqlayıb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, Şəmkir rayon Çinarlı qəsəbə sakini, 1990-cı il təvəllüdlü Türkan Xaliq qızı Cəfərova döş nahiyəsinin və üz nahiyəsinin daxilə keçməyən bıçaq xəsarətləri ilə Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Ona dərhal tibbi yardım göstərilib. Vəziyyətinin normal olduğu bildirilir.

Məlumata görə T. Cəfərova ailə münaqişəsi zəmində həyat yoldaşı tərəfindən bıçaq xəsarətləri yetirilib.

Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR