SOCAR-ın çilingəri bədbəxt hadisə nəticəsində ölüb

SOCAR-ın çilingəri bədbəxt hadisə nəticəsində ölüb
# 25 aprel 2016 16:53 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. SOCAR-ın Nəqliyyat İdarəsinin çilingəri aldığı xəsarətdən dünyasını dəyişib.

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, bu gün Nəqliyyat İdarəsinin 5 saylı Texnoloji Nəzarət Departamentində çilingər işləyən Muradov Ələddin Paşa oğlu Zığ-2 istehsalat sahəsində “Senebogen” markalı qaldırıcı kranı demontaj edərkən sırğortalayıcı tədbirləri həyata keçirmədən seksiyaları birləşdirən barmaqları çıxarıb və bu zaman açılan seksiya onun baş nahiyəsinə düşərək xəsarət yetirib.

O, aldığı xəsarətdən ölüb.

Hadisənin baş vermə səbəbləri yaradılmış komissiya tərəfindən araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR