“Qəbələ”nin futbol direktoru Malayziya yığmasında işləməkdən imtina edib

“Qəbələ”nin futbol direktoru Malayziya yığmasında işləməkdən imtina edib
# 26 yanvar 2016 10:59 (UTC +04:00)

Bakı – APA. “Qəbələ”nin futbol direktoru Toni Adams baş məşqçi karyerasını davam etdirmək istəməyib. Apasport.az saytının məlumatına görə, İngiltərə futbolunun əfsanəsi Malayziya milli komandasını çalışdırmaqdan imtina edib.

Hazırkı baş məşqçi Onq Kim Svinin təyinatından əvvəl asiyalılar məhz Adamsla danışıqlar aparıb. Lakin britaniyalı 6 ilə yaxındı çalışdığı “Qəbələ”dən ayrılmaq istəmədiyini əsas gətirərək, karyerasını Asiyada davam etdirməyib: “Bu təklif çox cəlbedici və xoş idi. Amma götür-qoy edib, “Qəbələ”dəki işimi davam etdirməyi məqsədəuyğun saydım. Lakin gələcəkdə Asiyada çalışmağım istisna deyil. Bu qitədə futbol sürətlə inkişaf edir. Hansısa klub və ya yığmanın təklifini dəyərləndirməyim mümkündü”.

Qeyd edək ki, vətənində “Uikomb” və “Portsmut”un baş məşqçisi olmuş Adams 2010-11-ci illərdə “Qəbələ”ni çalışdırıb. İngiltərəli postunu tərk edəndən sonra klubda müxtəlif vəzifələrdə işləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR