Tovuzda 35 yaşlı qadın qarpızdan zəhərlənib

Tovuzda 35 yaşlı qadın qarpızdan zəhərlənib
# 31 iyul 2016 20:56 (UTC +04:00)

Tovuz. Azər Məmmədli – APA. Tovuz rayon sakini qarpızdan zəhərlənib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə rayonun Əlibəyli kənd sakini, 1981-ci il təvəllüdlü Samirə Həsənova zəhərlənmə əlaməti ilə Tovuz Mərkəzi rayon xəstəxanasına yerləşdirilib.

Ona dərhal tibbi yardım göstərilib, vəziyyətinin orta ağır olduğu bildirilir. Məlumata görə S. Həsənova qarpızdan zəhərlənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR