Bakı. Hafiz Heydərov – APA. Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs tutulub.
Xətai Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, həyata keçirilən tədbirlər nəticəsində Hacıqabul rayon sakini, əvvəllər məhkum olunmuş Malik Babayevdən 19 kiloqram marixuana götürülüb.
Faktla bağlı araşdırma aparılır.