Ombudsman Elmira Süleymanova beynəlxalq tədbirdə iştirak edib

Ombudsman Elmira Süleymanova beynəlxalq tədbirdə iştirak edib
# 13 avqust 2016 14:14 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. İnsan Hüquqları üzrə müvəkkil Elmira Süleymanova Tatarıstanın Kazan şəhərində Asiya Ombudsmanlar Assosiasiyasının (AOA) Direktorlar Şurasının 19-cu iclasında iştirak edib.

Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə çıxış edən E. Süleymanova Azərbaycanda aparılan tədbirlər barəsində məlumat verib. O, bildirib ki, Azərbaycanda azsaylı xalqların, müxtəlif dinlərin nümayəndələrinin inkişafına, onların milli-mədəni adət-ənənələrinin qorunub saxlanılmasına xüsusi diqqət yetirilir.

Bundan əlavə görüş çərçivəsində Ombudsman Azərbaycan diaspor mərkəzinə baş çəkib, fəaliyyətləri ilə yaxından tanış olub və fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR