SOCAR: Birinci rübdə Gürcüstana gündəlik 2,5 mln., Türkiyəyə 18,2 mln. kubmetr qaz nəql olunub

SOCAR: Birinci rübdə Gürcüstana gündəlik 2,5 mln., Türkiyəyə 18,2 mln. kubmetr qaz nəql olunub
# 25 aprel 2016 09:13 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. "Şahdəniz" yatağından gündəlik olaraq 30 mln. kubmetr təbii qaz, 7 mln. ton kondensat hasil edilir.

"APA-Economics" xəbər verir ki, bunu bu gün keçirilən "Xəzər və Mərkəzi Asiya: Ticarət, logistika, neft emalı və neft-kimya" beynəlxalq praktiki konfransda çıxışı zamanı SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə bildirib.

X. Yusifzadə deyib ki, ümumiyyətlə, yataq fəaliyyətə başlayandan bu günə qədər 70 mlrd. qaz, 18 mln. ton kondensat hasil edilib.

"Bu yataqdan hasil edilən 5 mlrd. kubmetr çoxu Gürcüstana, 39 mlrd. kubmetrdən çoxu isə Türkiyəyə nəql olunub. Bu ilin birinci rübündə gündəlik olaraq Gürcüstana 2,5 mln. kubmetr qaz , Türkiyəyə isə 18,2 mln. kubmetr qaz nəql olunub", - deyə vitse-prezident qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR